Fransa təmsilçisi La Liqa klubunun qapıçısını bu qiymətə alır

Bölmə adı Fransa
Yayımlandı 14-08-2025, 16:52

"Malyorka"nın qapıçısı Dominik Qreyf karyerasını Fransada davam etdirəcək.

Sport1.az "L'Equip"ə istinadən xəbər verir ki, slovakiyalı qolkiper "Olimpik Lion"a keçəcək.

Bonusları nəzərə almasaq, bu transfer Liqa 1 klubuna 4 milyon avroya başa gələcək. Onun "Lion" ilə 5 illik müqavilə imzalayacağı gözlənilir.

Qeyd edək ki, Qreyf ötən mövsüm La Liqa təmsilçisinin heyətində 32 matça çıxaraq 37 qola üzülüb. O, 7 qarşılaşmada qapısını toxunulmaz saxlayıb. 28 yaşlı futbolçunun "Malyorka" ilə müqaviləsinin müddəti 2026-cı ilin yayına qədər nəzərdə tutulub. "Transfermarkt" portalı Qreyfin transfer qiymətini 6 milyon avro ilə dəyərləndirir.

Müəllif: Sport1.az