
Toral Bayramov karyerasını ölkə xaricində davam etdirə bilər.
Sport1.az-a daxil olan məlumata görə, müdafiəçi ilə FKSB maraqlanır. Buxarest təmsilçisi Azərbaycan millisinin üzvü ilə bağlı “köhlən atlar”a rəsmi müraciət edib.
Hazırda Rumıniya Super Liqasında heç də yaxşı günlərini yaşamayan FKSB ölkə çempionatında arzuolunan nəticələr əldə edə bilmir. Komanda 21 turdan sonra 31 xalla turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.
Qeyd edək ki, 23 yaşlı müdafiəçinin “Qarabağ”la müqaviləsi mövsümün sonunda başa çatır. Bu amil Rumıniya klubunun marağını artıran əsas məqamlardan biri hesab olunur.
Tarixində böyük uğurlar olan FKSB 1985/86 mövsümündə, o vaxt Avropa Çempionlar Kuboku adlanan (indiki Çempionlar Liqası) turnirin qalibi olub. Klub hazırda Avropa Liqasının Liqa mərhələsində də mübarizə aparır. Rumıniya təmsilçisi 6 turdan sonra topladığı 6 xalla turnir cədvəlinin 27-ci pilləsində yer alır.
MİRZƏ S.