son dəqiqə SON DƏQİQƏ
Bölgə klubunda yeni baş məşqçi AÇ: Niderlanddan ikinci qələbə Millimizin sabiq üzvü Azərbaycandan getdi, bu klubla müavilə imzaladı Avropa Birinciliyi: Kamran Xappayev Kosovoda bürünc medal qazanıb Dünya Çempionatı: İdmançılarımız yarışı 2 medalla başa vurub Poznan şəhərində ölkəmizi təmsil edəcək idmançının adı açıqlanıb Premyer Liqa klublarının yay transferləri Misli Premyer Liqasında çıxış etmiş oyunçu bu klubla müqavilə imzalayıb Mahmud Qurbanov millidə - Milli üzvü sonradan oyuna daxil oldu, komandası heç-heçə etdi "Sabah"la kritik qarşılaşmada neçə "Hapoel" azarkeşi Bakıya gələcək? "Turan Tovuz" azarkeşləri bu dəfə də diqqət mərkəzində - "Gəncə"də 3 ayrılıq - Qurban Qurbanovun mətbuat konfransı keçiriləcək - İdmançılarımız Avropa Çempionatına hazırlığı Gəncədə davam etdirirlər AFFA-nın təşkilatçılığı ilə keçirilən turnirin qalibi müəyyənləşib - Birinciliyin qalibi müəyyənləşib "Neftçi"dən yubiley qələbəsi Dünya Çempionatı başa çatıb: Yığmamız bu nəticə ilə 4-cü olub Yusif İmanov üçün uğursuz göstərici "Neftçi" bunu 150-ci dəfə bacarıb Günün oyunları: AÇ: Yığmamız Rumıniya ilə üz-üzə "Neftçi" darmadağınla turnir cədvəlinin lideri oldu - Tovuzda qolsuz heç-heçə - Zaur İsmayılov: “Məqsədimiz avrokuboklara vəsiqə qazanmaqdır" Vernidub: “Çalışacam ki, bir daha sizi məyus etməyim” Azər Məmmədov: “Qarabağ”la oyunun yerini doldurmaq istəyirdik”

PSJ sabiq hücumçusunu geri qaytarmağa çalışır

Bölmə adı Fransa
Yayımlandı 22-12-2025, 19:27

PSJ növbəti “transfer pəncərəsi” ərəfəsində hücum xəttini gücləndirmək üçün diqqətini İtaliyaya yönəldib.

Sport1.az xəbər verir ki, “La Gazzetta dello Sport” nəşrinin məlumatına görə, Paris təmsilçisinin əsas hədəflərindən biri “Fiorentina”nın hücumçusu Moyze Kindir. Bildirilir ki, Fransa klubu bu keçidin asan olmayacağını anlayır və hələlik tərəflər arasında rəsmi təmaslar baş tutmayıb.

Mənbə yazır ki, “Fiorentina” futbolçunu komandada saxlamaqda israrlıdır. Hücumçu da hazırda başqa kluba keçidi nəzərdən keçirmir və mövsümü İtaliya təmsilçisində başa vurmağa köklənib.

Qeyd olunur ki, futbolçunun müqaviləsində 2026-cı ilin yayında qüvvəyə minəcək 62 milyon avroluq sərbəstqalma bəndi mövcuddur. Bu məqam isə potensial alıcı klubların qərarına birbaşa təsir göstərə bilər.

Xatırladaq ki, Moyze Kin daha əvvəl Fransa Liqa 1-də də çıxış edib. O, 2020–2021-ci illərdə “Everton”dan icarə əsasında PSJ-nin formasını geyinmişdi.

Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR