son dəqiqə SON DƏQİQƏ
Muradın komandası əsas mərhələdə, Mahir KL-lə sağollaşdı UEFA Avropa Liqasında pley-offun cavab oyunları keçirilib - “Tvente”nin baş məşqçisi: “İlk oyundakı məğlubiyyətimiz sadəcə şanssızlıq idi” Qurban Qurbanov: “Bundan sonra işimizə daha da məsuliyyətli yanaşmalıyıq” Dünya Çempionatında 8 medal "Qarabağ" Konfrans Liqası ilə vidalaşdı - “Köhlən atlar”dan iki yeni transfer UEFA Çempionlar Liqasında əsas mərhələnin püşkü atılıb - ÇL: “Sabah”ın rəqibləri bəlli oldu Almaniya millisinin üzvü “Aston Villa”da Böyük Dəbilqə: Cüdoçularımızın ilk rəqibləri bəlli oldu “Qarabağ”ın matçı Braziliyalı müdafiəçi “Karvan-Yevlax”da Vətəninə qayıtdı “Qarabağ” - “Tvente”: İngiltərədə klubunu dəyişdi Prezident İlham Əliyev “Sabah”a 5 milyon manat ayırdı "Şəmkir"dən hücumçu transferi Millimizin üzvü klubunu dəyişib Bu davranış Azərbaycan millisinin kapitanına yaraşmadı! - Sabiq "Qarabağ"lı "Xankəndi"də "Mən ömrümün sonuna qədər ona minnətdar olacağam" - Tarixi uğura imza atan "Sabah"a 5 milyon manat ayrılıb - Veteran voleybolçunun gənclərlə görüşü keçirilib Ötən mövsümün gümüş medalçısı milli üzvü ilə bağlı qərarını açıqlayıb Millimizin Avropa Çempionatına son hazırlığı Türkiyədə baş tutacaq Sona Ağayeva Cənubi Koreyada Dünya Çempionatında yarışacaq Premyer Liqa klublarının yay transferləri

“Daha çox qol vura bilərdik” – Vernidub

Bölmə adı Premyer Liqa
Yayımlandı 20-12-2025, 16:36

Misli Premyer Liqasının XVI turunun “Karvan-Yevlax” – “Neftçi” oyunundan (1:2) sonra qonaq komandanın baş məşqçisi Yuri Vernidub jurnalistlərin suallarını cavablandırdı.

Sport1.az xəbər verir ki, mütəxəssis media nümayəndələri ilə görüşdə fikirlərini bölüşdü...

- İkinci hissədə daha aktiv olan “Neftçi” nə üçün birinci hissədə bu oyunu oynaya bilmədi?

- İki fərqli hissə oldu. Birinci hissədə oyunçular gözlənilən sürəti, intensivliyi göstərə bilmədilər. Rəqib də ciddi epizodlar yarada bilməmişdi. Onlara penalti şansı verdik. İkinci hissədə tamamilə başqa cür oldu. Oyunçulara bildirdim ki, sürəti artırmasaq, heç nə alınmayacaq. Fasilədən sonra ilk dəqiqələrdən rəqib oyunun vaxtını aparırdı. Buna görə də irəli atıldıq ki, oyunun taleyini müəyyən edək. İkidən daha çox qol vura bilərdik. İmkanlarımız oldu, lakin dəyərləndirə bilmədik. 100 faizlik epizodlarımız var idi. Faraj, Sambu çox fürsət qaçırdı.

- İlk səfəriniz bölgəyə oldu. Burdakı ab-hava haqda fikirləriniz nədir? Süni örtüklü meydança haqda nə düşünürsünüz?

- Ukraynada sintetik meydançada oynamağa icazə verilmir, amma burda normaldır. Hər iki komanda üçün şərait eyni idi. Düzdür, daha çox təbii örtüklü meydançada məşqlər keçirik. Daha tez gəlib, hazırlaşa bilərdik, amma istəmədim. Çünki məşq zamanı zədə ehtimalı var idi.

- Komandaların formaları bir-birinə çox bənzəyirdi. Sizcə, qeyri-dəqiq ötürmələrə səbəb bu idi?

- Mənə də elə gəlirdi ki, formalar oxşardır. Bizdə ağ, rəqibdə ağ-qara idi. Bəlkə də, müəyyən məqamlarda oxşarlıqlar olurdu. Daha dəqiq oyunçulardan soruşmaq lazımdır.

- Abubakar gəlişinizdən sonra daha az şans qazanır. Ona ismarıc verirsiniz ki, sisteminizə uyğun deyil?

- Abubakar dünya futbolunun ulduzudur. Ona ismarıcım yoxdur. Komandaya mövsümün ortasında qoşulub. Durumu haqda nəsə demək çətindir. Daha çox məşqlərdən sonra dəqiq nəsə demək olar.

- Ötən mətbuat konfransında demişdiniz ki, komandada iki problem var – fiziki durum və oyun intizamı. Hansını düzəltmək daha asandır?

- “Sumqayıt”la oyundan 5 gün keçib. Bu müddətdə fiziki durumu düzəltmək demək olar, mümkün deyil. Ona görə futbolçulara daha az yüklənmə verdik. Oyun intizamını düzəltmək üzrəyik. Dediklərimə əməl etməyən oyunçular daha az oynayacaq. Futbolçulara hörmət edirəm və onlardan bunun qarşılığını gözləyirəm.

- Ştoqrinin komandada qalmaq ehtimalı var?

- Toplanışlarımız olacaq. Vəziyyətə baxacağıq. Ştoqrini Ukraynadan tanıyıram. Qalmasını çox istərdim. Çox yaxşı fiziki formadadır. O, nəinki 90, 120 dəqiqə oynamağa hazırdır. Kapitan Emin Mahmudov da artırıb və komandanı arxasıyca aparır. Çünki kapitan lider olmalıdır. O, mənim birinci köməkçimdir.

Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR