son dəqiqə SON DƏQİQƏ
Qurban Qurbanov: “Bundan sonra işimizə daha da məsuliyyətli yanaşmalıyıq” "Qarabağ" Konfrans Liqası ilə vidalaşdı - “Köhlən atlar”dan iki yeni transfer UEFA Çempionlar Liqasında əsas mərhələnin püşkü atılıb - ÇL: “Sabah”ın rəqibləri bəlli oldu Almaniya millisinin üzvü “Aston Villa”da Böyük Dəbilqə: Cüdoçularımızın ilk rəqibləri bəlli oldu “Qarabağ”ın matçı Braziliyalı müdafiəçi “Karvan-Yevlax”da Vətəninə qayıtdı “Qarabağ” - “Tvente”: İngiltərədə klubunu dəyişdi Prezident İlham Əliyev “Sabah”a 5 milyon manat ayırdı "Şəmkir"dən hücumçu transferi Millimizin üzvü klubunu dəyişib Bu davranış Azərbaycan millisinin kapitanına yaraşmadı! - Sabiq "Qarabağ"lı "Xankəndi"də "Mən ömrümün sonuna qədər ona minnətdar olacağam" - Tarixi uğura imza atan "Sabah"a 5 milyon manat ayrılıb - Veteran voleybolçunun gənclərlə görüşü keçirilib Ötən mövsümün gümüş medalçısı milli üzvü ilə bağlı qərarını açıqlayıb Millimizin Avropa Çempionatına son hazırlığı Türkiyədə baş tutacaq Sona Ağayeva Cənubi Koreyada Dünya Çempionatında yarışacaq Premyer Liqa klublarının yay transferləri Dramatik qarşılaşmanın sonunda əsas mərhələyə onlar vəsiqə qazandı "Sabah" "Yuventus"a məğlub olub U-17 Dünya Çempionatı: Təsnifat mərhələsinin görüşləri başa çatıb Milli komanda Fransaya yollanıb

“Barselona” Flikin müqaviləsini uzatmaq istəyir

Bölmə adı İspaniya
Yayımlandı 18-12-2025, 18:32

“Barselona” rəhbərliyi və klubun idman direktoru Deko baş məşqçi Hansi Flikin növbəti mövsümə cəmi birillik müqavilə ilə başlamasını istəmir.

Sport1.az xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb. Bildirilir ki, katalon klubu alman mütəxəssislə müqavilənin uzadılması istiqamətində danışıqlara start verib. Məlumata görə, “Barselona” Flikin sözləşməsini daha bir il artıraraq 2028-ci ilin yayına qədər qüvvədə saxlamaq niyyətindədir.

Qeyd olunur ki, 60 yaşlı baş məşqçi hazırda daha uzunmüddətli anlaşmaya razılıq verməyə tələsmir. Klub daxilində müəyyən gərginliklər olsa da, Flikin “Barselona”dakı fəaliyyətindən məmnun olduğu və özünü xoşbəxt hiss etdiyi vurğulanır.

Xatırladaq ki, Hansi Flik 2024-cü ilin yayından kataloniya təmsilçisinə rəhbərlik edir. Onun dövründə “blauqrana” La Liqa, İspaniya Kuboku və Superkuboku qazanıb.

Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR