
“Globe Soccer Awards” 2025-ci il üzrə dünyanın ən yaxşı futbolçusu mükafatına namizədləri açıqladı.
Sport1.az xəbər verir ki, bu barədə qurum məlumat yayıb. İlkin seçimi adlayan beş futbolçu yekun mərhələdə mükafat uğrunda mübarizə aparacaq.
2025-ci ilin ən yaxşı futbolçusu adına namizədlər bunlardır: Usman Dembele (PSJ), Kilian Mbappe (“Real”), Rafinya (“Barselona”), Vitinya (PSJ) və Lamin Yamal (“Barselona”).
Qeyd edək ki, “Globe Soccer Awards” hər il futbol dünyasında xüsusi nailiyyətləri ilə seçilən oyunçu, məşqçi və digər futbol xadimlərini mükafatlandıran nüfuzlu mərasimdir. Qaliblər səsvermə yolu ilə müəyyənləşdirilir. Mükafatlandırma mərasimi dekabrın 28-də Dubayda (BƏƏ) keçiriləcək.