son dəqiqə SON DƏQİQƏ
UEFA Avropa Liqasında pley-offun cavab oyunları keçirilib - “Tvente”nin baş məşqçisi: “İlk oyundakı məğlubiyyətimiz sadəcə şanssızlıq idi” Qurban Qurbanov: “Bundan sonra işimizə daha da məsuliyyətli yanaşmalıyıq” Dünya Çempionatında 8 medal "Qarabağ" Konfrans Liqası ilə vidalaşdı - “Köhlən atlar”dan iki yeni transfer UEFA Çempionlar Liqasında əsas mərhələnin püşkü atılıb - ÇL: “Sabah”ın rəqibləri bəlli oldu Almaniya millisinin üzvü “Aston Villa”da Böyük Dəbilqə: Cüdoçularımızın ilk rəqibləri bəlli oldu “Qarabağ”ın matçı Braziliyalı müdafiəçi “Karvan-Yevlax”da Vətəninə qayıtdı “Qarabağ” - “Tvente”: İngiltərədə klubunu dəyişdi Prezident İlham Əliyev “Sabah”a 5 milyon manat ayırdı "Şəmkir"dən hücumçu transferi Millimizin üzvü klubunu dəyişib Bu davranış Azərbaycan millisinin kapitanına yaraşmadı! - Sabiq "Qarabağ"lı "Xankəndi"də "Mən ömrümün sonuna qədər ona minnətdar olacağam" - Tarixi uğura imza atan "Sabah"a 5 milyon manat ayrılıb - Veteran voleybolçunun gənclərlə görüşü keçirilib Ötən mövsümün gümüş medalçısı milli üzvü ilə bağlı qərarını açıqlayıb Millimizin Avropa Çempionatına son hazırlığı Türkiyədə baş tutacaq Sona Ağayeva Cənubi Koreyada Dünya Çempionatında yarışacaq Premyer Liqa klublarının yay transferləri Dramatik qarşılaşmanın sonunda əsas mərhələyə onlar vəsiqə qazandı

Qutidən sərt müqayisə: “Mbappe tarixi zirvəyə Yamaldan daha yaxındır”

Bölmə adı İspaniya
Yayımlandı 7-12-2025, 16:12

Madrid “Real”ının sabiq yarımmüdafiəçisi Quti hesab edir ki, Kilian Mbappe səviyyə baxımından Messi, Maradona və Kriştianoya Lamin Yamaldan daha yaxındır.

Sport1.az AS-a istinadən xəbər verir ki, keçmiş ulduz Yamalın böyük potensiala malik olduğunu qəbul etsə də, onu futbol tarixinin ən yüksək zirvələri ilə müqayisə etməyə tələsmir:

“De la Fuente deyir ki, Lamin Messi, Maradona, Kriştiano səviyyəsinə çata bilər. Məncə, o, əla futbolçudur və gələcəkdə “Qızıl top”u qazana bilər. Amma biz üç tarixi fenomen barədə danışırıq. Maradona Meksikada elə bir heyətlə mundialı qazandı ki, orada çox ulduz yox idi. Messi və Kriştiano isə ardıcıl 10 il ərzində mövsümə 50 qol vururdular. Bunu təkrarlamaq hər kəs üçün son dərəcə çətindir”.

Quti əlavə edib ki, bu səviyyəyə çatmağa ən real namizəd hazırda Mbappedir: “Məncə, Kilian bu zirvəyə Laminə nisbətən daha yaxındır”.

Qeyd edək ki, Mbappe bu mövsüm 20 oyunda 25 qol və 4 məhsuldar ötürmə, Lamin Yamal isə 16 matçda 8 qol və 9 assistlə çıxış edib.

Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR