son dəqiqə SON DƏQİQƏ
Muradın komandası əsas mərhələdə, Mahir KL-lə sağollaşdı UEFA Avropa Liqasında pley-offun cavab oyunları keçirilib - “Tvente”nin baş məşqçisi: “İlk oyundakı məğlubiyyətimiz sadəcə şanssızlıq idi” Qurban Qurbanov: “Bundan sonra işimizə daha da məsuliyyətli yanaşmalıyıq” Dünya Çempionatında 8 medal "Qarabağ" Konfrans Liqası ilə vidalaşdı - “Köhlən atlar”dan iki yeni transfer UEFA Çempionlar Liqasında əsas mərhələnin püşkü atılıb - ÇL: “Sabah”ın rəqibləri bəlli oldu Almaniya millisinin üzvü “Aston Villa”da Böyük Dəbilqə: Cüdoçularımızın ilk rəqibləri bəlli oldu “Qarabağ”ın matçı Braziliyalı müdafiəçi “Karvan-Yevlax”da Vətəninə qayıtdı “Qarabağ” - “Tvente”: İngiltərədə klubunu dəyişdi Prezident İlham Əliyev “Sabah”a 5 milyon manat ayırdı "Şəmkir"dən hücumçu transferi Millimizin üzvü klubunu dəyişib Bu davranış Azərbaycan millisinin kapitanına yaraşmadı! - Sabiq "Qarabağ"lı "Xankəndi"də "Mən ömrümün sonuna qədər ona minnətdar olacağam" - Tarixi uğura imza atan "Sabah"a 5 milyon manat ayrılıb - Veteran voleybolçunun gənclərlə görüşü keçirilib Ötən mövsümün gümüş medalçısı milli üzvü ilə bağlı qərarını açıqlayıb Millimizin Avropa Çempionatına son hazırlığı Türkiyədə baş tutacaq Sona Ağayeva Cənubi Koreyada Dünya Çempionatında yarışacaq Premyer Liqa klublarının yay transferləri

"Neftçi" lənətlənib? - Kenan Piriç AÇIQLADI

Bölmə adı Premyer Liqa
Yayımlandı 18-12-2025, 10:24

Misli Premyer Liqasının XV turunda "Neftçi" doğma meydanda "Sumqayıt"la heç-heçə etdi - 2:2.

Qarşılaşmadan sonra "ağ-qaralar"ın qolkiperi Kenan Piriç Sport1.az saytına müsahibə verdi...

- ⁠Gərgin keçən mübarizə, 4 qol və bərabərlik. Oyunu sən necə şərh edərsən?
- ⁠Təəsüf ki, heç-heçə etdik. Çox yaxşı başlamışdıq. İlk hissə möhtəşəm oyun göstərdik. Hətta o gedişlə davam etsəydik, 3-4 qol da vura bilərdik. Sonlara doğru geri çəkildik. Boşluqlar yaratdıq, topu onlara verdik. Nə deyəcəyimi bilmirəm. Biz onlardan güclü idik. Nəticə qəbuledilməzdir.

- Yeni baş məşqçi ilə ilk matçınızda təəsüratlarınız necə oldu? Nə kimi fərqliliklər müşahidə etdin?
- ⁠Komandada nizam-intizam formalaşdı. Oyunumuzdan da gördüyünüz kimi ilk hissədə onlara şans vermirdik. İkinci yarıda nə baş verdiyini demək çətindir. Fasilədən öncə göstərdiyimiz oyunu növbəti matçlarda 90 dəqiqə nümayiş etdirsək, uğurlu nəticələr əldə edə bilərik.

- Vernidub komandanın qarşısına nə kimi hədəflər qoyub?
- ⁠Əsas məqsədimiz bu günə qədər müddətdə itirdiyimiz xalların əvəzini çıxmaqdır. "Sabah"la aramızda böyük xal fərqi var. Bunu mütləq aradan qaldırmalıyıq.

- Hesabda önə keçdikdən sonra matçın sonlarına doğru üstünlüyü əldən verərək xal itirmək kimi "lənət"inin olması ilə bağlı nə deyə bilərsən?
- ⁠Buna inanmıram. Biz onlardan güclü idik. Onlara boşluq yaratdıq. Belə olmamalı idi.

MİKAYIL HACIYEV

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR