
Yeni baş məşqçi, dəyişən oyun fəlsəfəsi və artan ümidlər. “Neftçi”nin meydana fərqli heyətlə çıxması artıq ilk dəqiqələrdən diqqət çəkirdi. “Ağ-qaralar” oyunda daha istəkli və toparlanmış təsir bağışlayırdı. İlk hissədə “gənclik şəhəri” təmsilçisi üzərində qurulan üstünlük tribunadakı azarkeşlərdə və futbol ictimaiyyətində Verniduba qarşı müsbət təəssürat formalaşdırdı.
Topa nəzarət, daha kompakt oyun və intizamlı müdafiə paytaxt klubunun üstün tərəf olduğunu göstərirdi. Lakin ikinci hissənin sonlarına doğru meydandakı mənzərə tədricən dəyişməyə başladı. Qarşılaşmanın son 20–30 dəqiqəsində qonaq komanda sanki oyuna yenidən qayıtdı. “Neftçi” futbolçularının fiziki yorğunluğu hiss olunurdu və bundan maksimum yararlanmağa çalışan “kimyaçılar” tempi artırdı. Təzyiqin çoxalması öz nəticəsini verdi və hesab bərabərləşdi. Beləliklə, yaxşı başlanılan oyun sonluqda üstünlüyün itirilməsi ilə yadda qaldı. "Neftçi"nin başlatdığı əla oyunu, "Sumqayıt" davam etdirdi. Bu görüşü əsl Premyer Liqa səviyyəli döyüş adlandıra bilərik. Komandaların meydandakı mübarizəsi bunu deməyimizə əsas verdi. Qələbə olmasa da, hər iki komandanın meydandakı əzmkarlığı göz oxşadı.
MİKAYIL HACIYEV