son dəqiqə SON DƏQİQƏ
Muradın komandası əsas mərhələdə, Mahir KL-lə sağollaşdı UEFA Avropa Liqasında pley-offun cavab oyunları keçirilib - “Tvente”nin baş məşqçisi: “İlk oyundakı məğlubiyyətimiz sadəcə şanssızlıq idi” Qurban Qurbanov: “Bundan sonra işimizə daha da məsuliyyətli yanaşmalıyıq” Dünya Çempionatında 8 medal "Qarabağ" Konfrans Liqası ilə vidalaşdı - “Köhlən atlar”dan iki yeni transfer UEFA Çempionlar Liqasında əsas mərhələnin püşkü atılıb - ÇL: “Sabah”ın rəqibləri bəlli oldu Almaniya millisinin üzvü “Aston Villa”da Böyük Dəbilqə: Cüdoçularımızın ilk rəqibləri bəlli oldu “Qarabağ”ın matçı Braziliyalı müdafiəçi “Karvan-Yevlax”da Vətəninə qayıtdı “Qarabağ” - “Tvente”: İngiltərədə klubunu dəyişdi Prezident İlham Əliyev “Sabah”a 5 milyon manat ayırdı "Şəmkir"dən hücumçu transferi Millimizin üzvü klubunu dəyişib Bu davranış Azərbaycan millisinin kapitanına yaraşmadı! - Sabiq "Qarabağ"lı "Xankəndi"də "Mən ömrümün sonuna qədər ona minnətdar olacağam" - Tarixi uğura imza atan "Sabah"a 5 milyon manat ayrılıb - Veteran voleybolçunun gənclərlə görüşü keçirilib Ötən mövsümün gümüş medalçısı milli üzvü ilə bağlı qərarını açıqlayıb Millimizin Avropa Çempionatına son hazırlığı Türkiyədə baş tutacaq Sona Ağayeva Cənubi Koreyada Dünya Çempionatında yarışacaq Premyer Liqa klublarının yay transferləri

"Rəqib komanda özünü yaxşı aparmadı" – Kaşkilya

Bölmə adı Premyer Liqa
Yayımlandı 9-12-2025, 22:49

Bu gün Misli Premyer Liqasında 14-cü turun oyunlarına yekun vurulub. Sonuncu oyun günündə "İmişli" "Sumqayıt"la üz-üzə gəlib.

Sport1.az xəbər verir ki, qarşılaşma "kimyaçılar"ın minimal hesablı qələbəsi ilə başa çatıb. Oyundan sonra keçirilən mətbuat konfransında "İmişli"nin baş məqşçisi Jorj Kaşkilya jurnalistlərin suallarını cavablandırıb:

"Sumqayıt" 1-ci hissədə daha üstün futbol oynadı. Fasilədən sonra taktiki dəyişiklərə getdik. Bu da 2-ci hissədə özünü göstərirdi. Daha güclü oynamağa başlamışdıq. Qol epizodlarımız çox idi. Juninyonun epizodunda qola çox yaxın idik. Amma alınmadı. Futbol elə oyundur ki, şanslardan yararlanmayanda səni cəzalandırırlar. Qoldan sonra hesabı bərabərləşdirə bilərdik".

- Legionerlərin bu qədər çox olduğu heyətlə 9-cu pillədə gedirsinizsə, yerlilərə üstünlük versəniz neçənci pillədə özünüzü görürsünüz?

 - Mən məşqçi kimi fərq qoymuram – futbolçum əcnəbidir, ya yerli. Bu, mənim üçün çox da əhəmiyyət daşımır. Hansı oyunçu özünü daha yaxşı göstərir, o da əsas heyətdə yerini alır. 

- Oyunun sonlarında iki tərəf arasında dava düşdü. Bu haqda düşüncələriniz?

- Hər iki tərəf də həmin anda özünü yaxşı aparmadı. Rəqib komandanın işçiləri də özünü yaxşı aparmadı. Futbol emosional bir oyundur. Gərək hər kəs özünü cilovlaya bilsin. 

 - Mövsümdə 3-cü dəfədir ki, penaltini qola çevirə bilmirsiniz. Sizcə, burda problem nədədir?

- Bu suala cavab tapmaq çətindir. Biz məşqlərdə penalti epizodunu çalışırıq. Amma oyun zamanı bunu reallaşdırmaq bir qədər çətin və fərqli olur. 

Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR