
"Çelsi" qışda müdafiəçisi Aksel Disasi ilə yolları ayıra bilər.
Sport1.az xəbər verir ki, "Lion" 27 yaşlı müdafiəçi ilə yaxından maraqlanır.
Fransa təmsilçisi oyunçunu bir illik icarəyə götürmək istəyir.
Qeyd edək ki, Disasi bu mövsüm heç bir rəsmi oyunda iştirak etməyib.