
“Barselona” gələcək “transfer pəncərələri” üçün heyət planlamasına başlayıb.
Sport1.az ESPN-ə istinadən xəbər verir ki, kataloniyalıların hücum xətti üçün əsas hədəflərindən biri “İnter”in forvardı Lautaro Martinesdir.
Məlumata görə, 28 yaşlı hücumçu klubun idman direktoru Dekunun prioritet siyahısında liderlərdən biri kimi yer alır. O, hazırda yüksək səviyyəli mərkəz hücumçusu tapmaq üçün bazarı detallı şəkildə araşdırır.
Lautaro Martines bu mövsüm bütün turnirlərdə 17 matçda forma geyinib, 10 qol vurub və 2 məhsuldar ötürmə edib. Argentinalı futbolçunun “İnter”lə müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir.