son dəqiqə SON DƏQİQƏ
UEFA Avropa Liqasında pley-offun cavab oyunları keçirilib - “Tvente”nin baş məşqçisi: “İlk oyundakı məğlubiyyətimiz sadəcə şanssızlıq idi” Qurban Qurbanov: “Bundan sonra işimizə daha da məsuliyyətli yanaşmalıyıq” Dünya Çempionatında 8 medal "Qarabağ" Konfrans Liqası ilə vidalaşdı - “Köhlən atlar”dan iki yeni transfer UEFA Çempionlar Liqasında əsas mərhələnin püşkü atılıb - ÇL: “Sabah”ın rəqibləri bəlli oldu Almaniya millisinin üzvü “Aston Villa”da Böyük Dəbilqə: Cüdoçularımızın ilk rəqibləri bəlli oldu “Qarabağ”ın matçı Braziliyalı müdafiəçi “Karvan-Yevlax”da Vətəninə qayıtdı “Qarabağ” - “Tvente”: İngiltərədə klubunu dəyişdi Prezident İlham Əliyev “Sabah”a 5 milyon manat ayırdı "Şəmkir"dən hücumçu transferi Millimizin üzvü klubunu dəyişib Bu davranış Azərbaycan millisinin kapitanına yaraşmadı! - Sabiq "Qarabağ"lı "Xankəndi"də "Mən ömrümün sonuna qədər ona minnətdar olacağam" - Tarixi uğura imza atan "Sabah"a 5 milyon manat ayrılıb - Veteran voleybolçunun gənclərlə görüşü keçirilib Ötən mövsümün gümüş medalçısı milli üzvü ilə bağlı qərarını açıqlayıb Millimizin Avropa Çempionatına son hazırlığı Türkiyədə baş tutacaq Sona Ağayeva Cənubi Koreyada Dünya Çempionatında yarışacaq Premyer Liqa klublarının yay transferləri Dramatik qarşılaşmanın sonunda əsas mərhələyə onlar vəsiqə qazandı

Alonso Mbappeni Ronaldoyla müqayisə etdi: “Kilian seçilmişlərdəndir”

Bölmə adı İspaniya
Yayımlandı 6-12-2025, 17:38

Madrid “Real”ının baş məşqçisi Xabi Alonso Kilian Mbappe ilə Kriştiano Ronaldonun oxşar xüsusiyyətlərindən bəhs edərək fransız hücumçunun klub tarixində mühüm iz buraxa biləcəyini bildirib.

Sport1.az AS-a istinadən xəbər verir ki, Alonso Mbappenin ambisiyasını, peşəkarlığını və komandaya verdiyi enerjini yüksək qiymətləndirib. Onun sözlərinə görə, gənc ulduzun gündəlik işə yanaşması və ətrafdakılara təsir etmə bacarığı Kriştianonun ən parlaq dövrlərini xatırladır: “Kilian “Real”da öz tarixini yazmağa doğru gedir. İstəkli olması, statistikasının səviyyəsi… O, seçilənlərdəndir. Hər gün onunla işləmək böyük məmnunluq verir. Oyuna gətirdiyi dinamika və komandanı irəli aparmaq istəyində Kriştiano ilə müəyyən oxşarlıq görürəm”.

Alonso əlavə edib ki, hər iki futbolçu öz dövrlərinin simvollarıdır: “Kriştiano bir epoxanın adıdır, Kilian isə indiki nəsil üçün liderdir. Hər ikisi qeyri-adi futbolçudur. Mbappenin komandamızda olması böyük üstünlükdür və onun potensialından maksimum yararlanmağa çalışmalıyıq”.

Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR