son dəqiqə SON DƏQİQƏ
Bölgə klubunda yeni baş məşqçi AÇ: Niderlanddan ikinci qələbə Millimizin sabiq üzvü Azərbaycandan getdi, bu klubla müavilə imzaladı Avropa Birinciliyi: Kamran Xappayev Kosovoda bürünc medal qazanıb Dünya Çempionatı: İdmançılarımız yarışı 2 medalla başa vurub Poznan şəhərində ölkəmizi təmsil edəcək idmançının adı açıqlanıb Premyer Liqa klublarının yay transferləri Misli Premyer Liqasında çıxış etmiş oyunçu bu klubla müqavilə imzalayıb Mahmud Qurbanov millidə - Milli üzvü sonradan oyuna daxil oldu, komandası heç-heçə etdi "Sabah"la kritik qarşılaşmada neçə "Hapoel" azarkeşi Bakıya gələcək? "Turan Tovuz" azarkeşləri bu dəfə də diqqət mərkəzində - "Gəncə"də 3 ayrılıq - Qurban Qurbanovun mətbuat konfransı keçiriləcək - İdmançılarımız Avropa Çempionatına hazırlığı Gəncədə davam etdirirlər AFFA-nın təşkilatçılığı ilə keçirilən turnirin qalibi müəyyənləşib - Birinciliyin qalibi müəyyənləşib "Neftçi"dən yubiley qələbəsi Dünya Çempionatı başa çatıb: Yığmamız bu nəticə ilə 4-cü olub Yusif İmanov üçün uğursuz göstərici "Neftçi" bunu 150-ci dəfə bacarıb Günün oyunları: AÇ: Yığmamız Rumıniya ilə üz-üzə "Neftçi" darmadağınla turnir cədvəlinin lideri oldu - Tovuzda qolsuz heç-heçə - Zaur İsmayılov: “Məqsədimiz avrokuboklara vəsiqə qazanmaqdır" Vernidub: “Çalışacam ki, bir daha sizi məyus etməyim” Azər Məmmədov: “Qarabağ”la oyunun yerini doldurmaq istəyirdik”

Fransa klubunda şok: Futbolçular irqi hücumlardan sonra ayrılır

Bölmə adı Fransa
Yayımlandı 5-12-2025, 14:51


“Nitsa”nın hücumçuları Jeremi Boqa və Teremas Moffi klubdan ayrılmaq istədiklərini bildiriblər.

Sport1.az RMC Sport-a istinadən xəbər verir ki, futbolçular bu qərarı azarkeşlərin onlara qarşı aqressiv davranışından sonra veriblər.

Hadisə komandanın “Loryan”a 1:3 hesabı ilə uduzduğu oyundan sonra baş verib. Məlumata görə, klub bazasına toplaşan təxminən 400 azarkeş əvvəlcə baş məşqçi Frank Ezın istefasını tələb edib, daha sonra isə vəziyyət nəzarətdən çıxaraq oyunçulara qarşı aqressiya nümayiş olunub.

Onlarla fanat Moffi və Boqaya fiziki və sözlü hücum edib, futbolçular təpiklənib, sifətlərinə şillə vurulub, üzərlərinə tüpürülüb. Hücumçular həmçinin irqi təhqirlərlə də üzləşiblər.

Hadisədən sonra hər iki oyunçunun “Nitsa”da çıxışını davam etdirmək istəmədiyi bildirilib. Teremas Moffi 2022/23 mövsümündən, Jeremi Boqa isə 2023-cü ilin yayından etibarən komandanın heyətində çıxış edir.


Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR