
İspaniyanın “Barselona” klubu müdafiəçi Erik Qarsiya ilə yeni müqavilə imzalayıb.
Sport1.az xəbər verir ki, La Liqa təmsilçisinin rəsmi açıqlamasına əsasən, “La Masiya”nın yetirməsi olan 24 yaşlı futbolçu ilə anlaşmanın müddəti 30 iyun 2031-ci ilə qədər uzadılıb.
Qeyd edək ki, Qarsiya bu mövsüm La Liqada 15 matça çıxıb və 1 qol vurub. O, Çempionlar Liqasında da 5 oyunda meydana çıxıb.