Bu gün Konfrans Liqasının III təsnifat mərhələsi cavab oyunları keçiriləcək. Təmsilçimiz "Sabah" "Levski"ni qəbul edəcək. İlk görüşdə Bolqarıstan klubu “bayquşları”ı minimal hesabla məğlub etmişdi. Cavab matçında nəticə necə olacaq? “Sabah” mərhələ keçə biləcək?
Sualımızı Aslan Kərimova ünvanladıq. Mütəxəssis mövzu ilə bağlı
Sport1.az-a açıqlamasında bunları söylədi:
"Levski" ilə səfərdəki ilk qarşılaşmaya nəzər yetirsək, demək olar ki, başa-baş mübarizə getdi. Bolqarlar meydan sahibləri kimi qismən dominantlıq etsələr də, real qol imkanları yaratmadılar. "Sabah" yüz faiz fazilik şanslar əldə etsə də, bundan istifadə edə bilmədi. İlk oyunun ədalətli nəticəsi heç-heçə idi. Amma son dəqiqə qolu ilə meydan sahibləri qələbə qazandılar. Düşünürəm ki, doğma publika qarşısında daha istəkli, əzmkar "Sabah" görəcəyik. Təmsilçimiz "1-ci nömrə" ilə oynayacaq. "Levski" isə əks hücumlara bel bağlayacaq. 90 dəqiqədə hansı tərəf daha ehtiyatlı olacaqsa, uğur qazanacaq. Səhvlərə yol verən tərəf məğlub olacaq". MİRZƏ S.
Sport1.az