İsveçrə 4-cü Liqasında çıxış edən "YF Yuventus" qeyri-adi addımı ilə diqqət çəkib.
Sport1.az xəbər verir ki, klub “Barselona”nın 2022/23 mövsümündə istifadə etdiyi üçüncü formanı götürərək, üzərinə öz sponsorlarının və komanda loqosunun şəklini əlavə edib.
Bu forma ilə "YF Yuventus" rəsmi liqa matçına çıxıb.
Sosial şəbəkələrdə maraq doğuran bu hadisə futbol azarkeşləri arasında geniş müzakirələrə səbəb olub.
Sport1.az