Azərbaycan paracüdoçuları Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatına qatılıblar.Sport1.az xəbər verir ki, yarışda kişilərdən İsmayıl Muradov (J1, 70 kq) və Zakir Mislimov (J1, 95 kq), qadınlardan Xatirə İsmiyeva (J1, +70 kq) ilə Elnarə Nizamlı (J2, 60 kq) tatamiyə çıxacaqlar.
Qeyd edək ki, bu gün start götürəcək mundial mayın 15-də başa çatacaq.
Sport1.az