"Çox maraqlı çempionat baş tutdu. Finala qədər bir-birindən yaxşı oyunlar izlədik. Yeni oyunçular kəşf etdik.Bu sözləri
Sport1.az-a açıqlamasında Azərbaycan Basketbol Liqasının 2024/25 mövsümünü dəyərləndirən Anar Sarıyev bildirdi.
Millinin məşqçisi bəzi basketbolçuların çıxışını xüsusi qiymətləndirdi:
"Abşeron"dan İsmayıl Abdullayev və Məhəmməd Hüseynli kimi basketbolçularımıza məşqçilər şans verdi və onlar da özlərini tam şəkildə doğrultdular. Şirzad Şirzadov ilə Elşad Şirzadovun performansını çox bəyəndim. Kamran Məmmədov yaxşı çıxış etdi. Final seriyasındakı oyununu xüsusilə qeyd edərdim. Nazar Quliyev yerli basketbolçu olmasına baxmayaraq, komandasında lider oyunçulardan idi".Sarıyev gözlənilən finalın baş tutduğunu qeyd etdi:
"Sabah" və "Neftçi"ni finalda görürdüm. Hər ikisi bu mərhələyə layiq idi".MURAD ABDULLAZADƏ
Sport1.az