
"Bavariya" müdafiəçisi Saşa Boeni satmağş planlaşdırır.
Sport1.az xəbər verir ki, Bundesliqa təmsilçisi 25 yaşlı futbolçu üçün ən azı 15 milyon avro təklif alacağı təqdirdə, onu buraxmağa hazırdır.
Boe ilə “Kristal Pelas”ın maraqlandığı bildirilir. Lakin İngiltərə klubu onu icarəyə götürməyə üstünlük verir.
Boe 2024-cü ildə “Bayern”ə keçib. O, bu mövsüm bütün turnirlərdə 14 matçda iştirak edib və bir məhsuldar ötürmə verib.