Məşhur klub türkiyəli ulduzla yeni müqavilə imzaladı

Bölmə adı Digər Liqalar
Yayımlandı 3-12-2025, 23:16


Səudiyyə Ərəbistanının “Əl-Əhli” klubu müdafiəçi Merih Demiral ilə müqavilənin uzadıldığını açıqlayıb.

Sport1.az xəbər verir ki, türkiyəli futbolçu ilə yeni anlaşmanın müddəti 2029-cu ilin yayına qədər nəzərdə tutulub.

Demiral “Karamürsəlspor” və “Fənərbağça”nın yetirməsidir. O, karyerası ərzində “Sassuolo”, “Yuventus”, “Atalanta” və digər klubların formasını geyinib. 2023-cü ilin avqustundan “Əl-Əhli”də çıxış edən müdafiəçi indiyədək 81 oyuna çıxıb, 3 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. Türkiyə millisinin üzvü klubla birlikdə Səudiyyə Ərəbistanı Superkubokunu və Asiya Çempionlar Liqasını qazanıb.


Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR