Sumqayıtda “Məktəbli Kuboku”na start verilib

Bölmə adı Azərbaycan
Yayımlandı 3-12-2025, 14:32


AFFA-nın və Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin birgə əməkdaşlığı çərçivəsində Sumqayıt üzrə “Məktəbli Kuboku” turnirinə start verilib.

Sport1.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, açılış mərasimindən sonra ilk görüşlər keçirilib. Turnirdə 7-ci sinif oğlanlar, eləcə də 5-ci sinif oğlan və qızlar olmaqla ümumilikdə 42 məktəbin komandası iştirak edir.

Daxili mərhələ başa çatdıqdan sonra hər üç kateqoriyada qalib olan komandalar Sumqayıtı Regional finallarda təmsil edəcəklər.

“Məktəbli Kuboku”nun əsas məqsədi məktəblilər arasında futbolun kütləviliyini artırmaq, sağlam həyat tərzini təşviq etmək və uşaqlarda komanda ruhunun inkişafına töhfə verməkdir. Layihə çərçivəsində ölkənin bütün bölgələrində yarışlar keçiriləcək və qaliblər respublika birinciliyinə vəsiqə qazanacaqlar.


Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR