
“Atletiko”nun baş məşqçisi Dieqo Simeone 19-cu turda “Barselona”ya qarşı keçirilən oyundan sonra Kataloniya təmsilçisinin hücumçusu Rafinyadan xüsusi sözlərlə bəhs edib.
Sport1.az Marca-ya istinadən xəbər verir ki, matç 3:1 hesabı ilə ev sahibi komandanın xeyrinə başa çatıb və braziliyalı futbolçu görüşdə bir dəfə fərqlənib.
Simeone matçdan sonra Rafinyanın performansını belə qiymətləndirib: “Rafinyo hər yerdə idi, həm qol vurur, həm ötürmə verir. Ona niyə “Qızıl top” verilmədiyini başa düşmürəm”.
Qeyd edək ki, 28 yaşlı cinah oyunçusu bu mövsüm “Barselona” ilə bütün turnirlərdə 11 oyunda 4 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. O, ötən mövsüm komanda ilə ölkədaxili trebl qazanıb və “Qızıl top” səsverməsində 5-ci yeri tutub.