"Liverpul" Slotu istefaya göndərsə, yerinə bu baş məşqçini gətirəcək

Bölmə adı İngiltərə
Yayımlandı 3-12-2025, 10:32

"Liverpul" Arne Slotun istefaya göndəriləcəyi halda, onun əvəzləyicisini tapıb.

Sport1.az xəbər verir ki, mersisaydlılar niderlandlı mütəxəssisin əvəzləyicisi kimi "Kristal Pelas"ın baş məşqçisi Oliver Qlasneri görür.

"Liverpul" əgər növbəti 2 matçda uğursuz nəticə əldə etsə, Slotun istefası yenidəm gündəmə gələcək.

Qeyd edək ki, son Premyer Liqa çempionları hal-hazırda 21 xalla turnir cədvəlinin 8-ci sırasında yerləşir.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR