Rusiya mətbuatı bu mütəxəssisi "Neftçi"nin yeni baş məşqçisi olaraq göstərdi

Bölmə adı Premyer Liqa
Yayımlandı 2-12-2025, 23:13

“Neftçi”nin baş məşqçi postu ilə bağlı daha bir namizədin adı gündəmə gəlib.

Sport1.az Rusiya mətbuatına istinadən xəbər verir ki, “ağ-qaralar” belaruslu mütəxəssis Viktor Qonçarenkonu komandanın başına gətirməyi nəzərdən keçirir. 48 yaşlı çalışdırıcının son iş yeri Rusiya Premyer Liqası təmsilçisi “Pari NN” olub. O, buna qədər Moskva ÇSKA-nı da çalışdırıb.

Xatırladaq ki, hazırda “Neftçi”yə müvəqqəti olaraq Sənan Qurbanov rəhbərlik edir. Komandanın son baş məşqçisi Samir Abasovla müqaviləyə isə noyabrın 24-də xitam verilmişdi.

Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR