Ramos “Monterrey”dən ayrılır – “Milan”a gedir?

Bölmə adı İtaliya
Yayımlandı 1-12-2025, 22:48

İspan müdafiəçi Serxio Ramos karyerasını “Milan”da davam etdirə bilər.

Sport1.az xəbər verir ki, Milan News-in məlumatına görə, futbolçunun nümayəndələri “rossoneri” ilə mümkün transferlə bağlı ilkin təmas qurublar.

Ramos bu ilin sonunda “Monterrey”dən ayrılacaq, lakin karyeranı bitirmək niyyətində deyil. Onun əsas hədəfi DÇ-2026-da çıxış etməkdir.

Qeyd edək ki, təcrübəli arxa xətt oyunçusu cari mövsümdə Meksika təmsilçisinin heyətində 15 matçda forma geyinib və 2 qola imza atıb.

Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR