
“Bavariya”nın hücumameyilli yarımmüdafiəçisi Camal Musiala uzun fasilədən sonra fərdi məşqlərə başlayıb.
Sport1.az xəbər verir ki, bu barədə Münhen klubunun sosial şəbəkə hesabı məlumat yayıb.
Gənc futbolçu ABŞ-də keçirilən Klublararası Dünya Çempionatının 1/4 finalında PSJ-nin sabiq qapıçısı Canluici Donnarumma ilə toqquşma zamanı ayağının baldır sümüyünü qırmışdı və o vaxtdan bəri bərpa prosesində idi. Həmin oyunda alman təmsilçisi 0:2 hesabı ilə uduzmuşdu.
Musiala ötən mövsüm 44 qarşılaşmada 21 qol vurub və 8 məhsuldar ötürmə edib. 22 yaşlı yarımmüdafiəçi indiyədək “Bavariya”nın heyətində bütün turnirlər üzrə 206 matça çıxıb. Onun klubla müqaviləsi 2030-cu ilə qədər qüvvədədir.