“Günahkar İliçdir” – “Şamaxı”nın məşqçisi

Bölmə adı Premyer Liqa
Yayımlandı 30-11-2025, 16:17

Misli Premyer Liqasının 13-cü turunda “Şamaxı” evdə “Sumqayıt”a 1:2 hesabı ilə uduzub.

Sport1.az xəbər verir ki, görüşdən sonra keçirilən mətbuat konfransında meydan sahiblərinin məşqçisi Elnur Çodarov jurnalistlərin suallarını cavablandırıb və əvvəlcə oyunla bağlı fikirlərini bölüşüb:

“Dramatik oyun alındı. Yaxşı hazırlaşmışdıq. Qol da vurduq, amma oyunun sonları gərgin keçdi”.

- Nə baş verdi ki, məğlub oldunuz?

- Konsentrasiya çatmadı. Standart vəziyyətdə diqqətsiz olduq.

- Qoldan sonra məşqçilər korpusu arasında mübahisə nə üçün yarandı?

- Qoldan sonra rəqib baş məşqçi Ayxan müəllimə aqressiv jest etdi. Buna görə aləm qarışdı.

- Günahkar İliçdir?

- 100 faiz.

Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR