17:39 29.11.2025 41

"Heç nə söz verə bilmərəm" – Valdas Dambrauskas

“Sabah” Misli Premyer Liqasının 13-cü turunda səfərdə “İmişli” üzərində inamlı qələbə qazanıb – 3:0.

Sport1.az xəbər verir ki, Masazır təmsilçisinin baş məşqçisi Valdas Dambrauskas görüşdən sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

- Komandama təşəkkür edirəm. Bu qələbə onların haqqı idi. Öncədən bilirdik ki, çətin oyun olacaq. Çətinlik meydançanın vəziyyəti ilə bağlı idi. Premyer Liqada çıxış edən komandalar daha yaxşı stadionlara layiqdir. Bunu bəhanə kimi qəbul etməyin. Texniki cəhətdən yaxşı olan komanda üçün burada topa nəzarət etmək həqiqətən də çətindir. Birinci hissədə meydançaya adaptasiya olmaq çətin idi. Matçın əvvəlində yaxşı fürsətimiz oldu. Texniki səhvlər edirdik. Qol buraxdıq. Amma bu qol ofsayda görə ləğv olundu. İkinci hissə bizim üçün yaxşı keçdi. Taktiki detallar barədə danışmaq istəmirəm. Çünki 3 gün sonra kubokda eyni komanda ilə qarşılaşacağıq. Üçüncü qolu daha erkən vurub oyunun taleyini həll edə bilərdik. Bunun üçün çoxlu qol fürsətimiz oldu. "İmişli"nin də haqqını vermək lazımdır. Onların özünəməxsus oyun planı var. Standart vəziyyətlərdə təhlükəli olurlar. İkinci hissədə səhv etməməyə çalışdıq. Buna da nail olduq. Hesab 3:0 olsa da, oyun bizim üçün asan alınmadı.

- Oyun baxımından "Sabah" yaxşı çıxış etsə də, lazımsız xal itkiləri olur. Bu qeyri-stabilliyin səbəbi nədir?

- Sizinlə razı deyiləm. Həmişə mənə sual verirlər ki, niyə stabil çıxış etmirsiz. Bugünkü oyunumuzu mükəmməl hesab etməzdim. Bütün oyunlarda qalib gəlmək mümkün deyil. Son 12 matçda 1 dəfə məğlub olmuşuq. Kifayət qədər keyfiyyətli rəqiblərə qarşı mübarizə aparmışıq. 3-cü yerdəyiksə, bu, bizim əməyimizin nəticəsidir. Çox inkişaf etməliyik. Heç nə söz verə bilmərəm. Klub üçün əlimizdən gələni edəcəyik. Məşqlərdə tərləsək, bu, turnir cədvəlində öz əksini tapacaq.

- Milli komandada çıxış edən futbolçular "Sabah"da az şans qazanır. Bunun səbəbi nədir?

- Hər məşqçinin öz baxışı var. Rəhman, Abdullah, Xəyal çox yaxşı şəxsiyyətə malik futbolçulardır. Onlar çalışmalıdırlar ki, "Sabah" və milli komanda üçün daha çox şey versinlər.

- "İmişli" kubokda rəqibinizdir. Ola bilər ki, onlar kubok matçı üçün bugünkü oyunu qurban verdilər?

- "İmişli"nin nə düşündüyü bizim üçün önəmli deyil. Biz daha çox öz oyunumuza köklənirik. 4 gün sonrakı oyun daha ağır olacaq. Çünki hesab 0:0 olsa, rəqib üçün yaxşı olacaq. Onlar oyunun əlavə vaxta getməsini istəyəcəklər. Bakıya qayıtdıqdan sonra 3 məşq keçəcəyik. Çalışacağıq ki, komandanı oyuna ən yaxşı şəkildə hazırlayaq.

- Sizin üçün kubok yoxsa çempionat prioritetdir?

- Bizim üçün prioritet sadəcə qarşıdan gələn oyundan qələbə ilə ayrılmaqdır.

Hadisələri telegramda anında izləyin!
Keçid et

XƏBƏR LENTİ

21:09

"Sabah" "İmişli"yə, "Qarabağ" "Zirə"yə qalib gəldi - YENİLƏNİR

20:51

“İstedadların seçimi” turnirinin 2-ci turunun mükafatçıları bilindi

20:15

“Araz-Naxçıvan” mövsümün son oyunlarını bu stadionda keçirəcək

19:44

Yığmamız FIBA Çempionlar Kubokunun yarımfinalında

19:22

“Neftçi” “Abşeron Lions”a uduzdu

18:36

"Komandanın psixoloji durumunu düzəltməyə çalışacağıq" – Kaşkilya

18:21

"Zirə" – "Qarabağ": HEYƏTLƏR

17:48

Valdas Dambrauskas: "Qubada oynamaq həqiqətən çətindir"

17:05

Ülviyyənin qələbəsi

16:23

Azərbaycan çempionatı başa çatdı

16:04

"Arsenal" iki futbolçusu ilə yola davam etməyi düşünür

15:42

"Mançester Yunayted" və "Çelsi" vingerlə maraqlanır

15:22

Basketbolçularımız Türkiyədəki turnirə dəvət aldılar

15:02

Bu federasiyalar birləşir - SON DƏQİQƏ

14:44

"Arsenal"ın keçmiş futbolçusu öldü

14:20

Qvardiola: "Çempionlar Liqasında dəfələrlə və bütün mərhələlərdə məğlub olmuşam"

14:02

"Kəpəz" işıqlı günə çıxdı - FOTO

13:42

"Fənərbağça" portuqaliyalı müdafiəçini gözünə kəsdirib

13:20

"Atletiko"da ciddi itki

13:02

"Napoli" "Mançester Yunayted"in hücumçusunu ala bilər

12:40

"Mançester Yunayted" gözünü Almaniya millisinin üzvünə dikdi

12:37

AFFA daha bir stadionu təmir edəcək – RƏSMİ AÇIQLAMA

12:20

Şevçenko Milana "qayıtdı"

12:03

Bundesliqa klubu onun ayrılacağını açıqladı

11:40

"Liverpul"a da uduzsalar, komandadan göndəriləcək

11:21

Formula 1: "Mercedes"in sürücü hamıdan öndə

11:02

"Çelsi"dən Dembele həmləsi

10:40

Avropa Liqası: 41 yaşında meydana çıxdı, yeni rekorda imza atdı

10:20

"Çelsi"nin hücumçusu ayrılacaq?

10:06

İngiltərə nəhənglərinin transfer hədəfi

09:55

Millimizin üzvü oynadı, komandası qələbə qazandı

09:38

"Qarabağ"dan ayrılan futbolçu: "Onunla danışanda ilk dediyi söz bu oldu"

00:38

Ruzanna Məmmədova Avropa ikincisi oldu

00:25

Fərid Sadıxlı U23 Avropa çempionatının finalında

23:36

"Sabah"ın üzvü millidən kənarda qalacaq – İDDİA

23:20

“Yeni oyunçular istəyirdim, alınmadı” – Saşa İliç

22:57

“Bir çox klub rəhbəri artıq getməlidir” – Abbasov

22:51

“Neftçi” – “Qarabağ” görüşünün vaxtı açıqlandı

22:29

"Araz-Naxçıvan" və "Şamaxı"dan qələbə - YENİLƏNİB

21:37

"Qarabağ"la oyunla müqayisədə futbolçuların gözündə alov var idi" – Demçenko

21:19

“Quba” “Lənkəran”ı məğlub etdi

20:58

"Araz-Naxçıvan" kimi komandaya 2-3 qol vurmaq çətindir" – Füzuli Məmmədov

20:03

Millimiz Tailandda ilk qələbəsini qazandı

19:42

Azərbaycan çempionatında son 7 çəkidə finalçılar məlum oldu

19:37

"Sumqayıt" – "Şamaxı": HEYƏTLƏR

18:40

“Cəbrayıl” “Zaqatala”nı məğlub etdi - YENİLƏNİB

18:02

"Araz-Naxçıvan" – "Karvan-Yevlax": HEYƏTLƏR

17:34

La Liqa klubunda şok zədə

17:08

“Barselona”nın sabiq futbolçusu karyerasını bitirdi

16:53

Azərbaycanda ilk dəfə Avropa Kanoe Assosiasiyasının ofisi açıldı

16:47

A Seriyası təmsilçisindən yeni rekord

16:29

Millinin yeni baş məşqçisi media nümayəndələrinin qarşısına çıxır

16:26

İtaliya klubu baş məşqçisindən narazıdır

16:20

Azərbaycan Xizəkçi Jurnalistlər Klubu beynəlxalq təşkilata üzv qəbul edildi

15:42

"Karvan-Yevlax" Premyer Liqanı tərk edəcək" - VİDEO

15:24

"Arsenal" Bundesliqadan futbolçu alır

15:18

Xüsusi Olimpiya Komitəsi badminton üzrə hazırlıq yarışı təşkil etdi

15:09

Təmsilçilərimiz Monteneqroda uğur qazanmağa çalışacaq

14:30

Dünya çempionatını buraxacaq

14:26

"Çelsi" onun müqaviləsini artırdı

14:13

"Qarabağ" bu futbolçunu yola saldı - RƏSMİ

14:08

“Barselona” azarkeşi stadionları səhv saldı

13:37

"Qarabağ" Fransadan Zubirə əvəzləyici tapdı - İDDİA

13:31

Bernardu Silva Messinin komanda yoldaşı ola bilər

13:08

"Yuventus" azarkeşləri bu xəbərə sevinəcək

12:49

"Barselona" sabiq futbolçunu geri qaytarır

12:29

Mövsümün sonunda "Mançester Yunayted"i tərk edəcək

12:05

İngilis klublarının kabusu

11:52

Bir futbolçu 5 klubun "radar"ına düşdü

11:36

"Yuventus" onu transfer etmək istəyir