
Son günlər mediada "Sübh" klubunun artıq "Turan Tovuz" akademiyası olaraq fəaliyyətə göstərəcəyi ilə bağlı məlumatlar yer alır.
Görəsən, bu xəbərlər reallığı nə dərəcədə əks etdirir?
Sualımızı "Sübh" klubunun təsisçisi Kamal Bayramova yönləndirdik. Bakı təmsilçisinin prezidenti mövzu ilə bağlı Sport1.az-a danışdı:
"Turan Tovuz" mənim üçün çox dəyərli klubdur. Bildiyimiz kimi onların akademiyası Tovuzda yerləşir. "Sübh" isə Bakıdadır. Ehtiram bəyin futbola olan diqqət və qayğısı hər kəsə məlumdur. Bu gün futbolmuzda belə insanların varlığı hər kəsi sevindirməlidir. Klub üçün` gördüyü böyük işlərdən savayı, uşaqların inkişafını da diqqətdə saxlayır. Aramızda sadəcə anlaşma imzalandı. Komandamızın aşağı yaş qruplarında rəsmi AFFA bayrağı altında çempionatda iştirak etmə hüququmuz var. Aramızda imzalanan müqaviləyə görə, "Sübh" klubunun futbolçularının inkişafına daha yaxşı təkan vermək üçün onlara gələcəkdə "Turan Tovuz" akademiyasına düşmək üçün şans yaradılacaq. Bu anlaşma həm valideynlər üçün, həm də uşaqlar üçün böyük stimuldur. Üzərimizdə olan məsuliyyəti bilirik. Gələcəkdə klubumuzda futbola addım atan övladlarımızın Tovuz təmsilçisində oynamasını izləmək bizim üçün böyük fəxrdir".
MİKAYIL HACIYEV