
“Barselona”nın qapıçısı Voyçex Şesni Kataloniya klubundakı ilk mövsümünü niyə pulsuz keçirdiyini açıqlayıb.
Sport1.az Barca Universal-a istinadən xəbər verir ki, 35 yaşlı qolkiper bu qərarında həmvətəni Robert Levandovskinin mühüm rol oynadığını bildirib:
“Peşəkar karyeramı başa vurmağa üç gün qalmış Levandovski ilə danışmışdım və ona artıq heç bir klubda oynamaq istəmədiyimi demişdim. “Barselona” mənə zəng edəndə o, yəqin ki, fikrimi dəyişdirə biləcəyini hiss etmişdi. İlk mövsümümü pulsuz oynadım. “Barselona”dan aldığım məbləğ məhz “Yuventus”a müqaviləni vaxtından əvvəl pozduğuma görə ödəməli olduğum məvacib idi”.
Qeyd edək ki, Voyçex Şesni 2024-cü ildən “Barselona”nın heyətində çıxış edir. Təcrübəli polyak qapıçı bundan əvvəl yeddi il “Yuventus”un formasını geyinib.