
İngiltərənin “Aston Villa” klubu ilə İsveçrənin “Yanq Boyz” komandası arasında keçirilən Avropa Liqasının Liqa mərhələsinin 5-ci tur oyunu tribunalardakı insidentlərlə yadda qalıb.
Sport1.az xəbər verir ki, qarşılaşma zamanı qonaq komandanın azarkeşləri arasında yaranan qayda pozuntularına görə 8 nəfər polis tərəfindən saxlanılıb.
Rəsmi məlumata görə, “Yanq Boyz” fanatları stadionda pirotexnika yandırmaqda, əraziyə kənar əşyalar atmaqda, təhlükəsizlik əməkdaşlarına qarşı aqressiv davranış sərgiləməkdə və qadağan olunmuş maddələr saxlamaqda ittiham olunurlar.
Saxlanılan şəxsləri ciddi hüquqi cəzalar, o cümlədən gələcək futbol matçlarına giriş qadağası gözləyir.
Qeyd edək ki, oyun “Aston Villa”nın 2:1 hesablı qələbəsi ilə başa çatıb.