100 illik tarixi olan İtaliya klubu dağıldı

Bölmə adı İtaliya
Yayımlandı 29-11-2025, 14:54


İtaliyanın köklü klublarından biri olan “Rimini” fəaliyyətini dayandırıb.

Sport1.az İtaliya Futbol Federasiyasına istinadən xəbər verir ki, klub rəsmən ləğv olunduğu üçün cari mövsümdə C Seriyasından çəkilib. Ləğvetmə qərarına görə “Rimini”nin aşağı yaş qruplarının gələcək fəaliyyəti də sual altındadır.

1912-ci ildə yaradılan klub tarixində iki dəfə C Seriyasının qalibi olub – 1975/1976 və 2004/2005 mövsümlərində. Komandanın ən böyük uğuru isə 2006/2007 sezonunda B Seriyasında əldə etdiyi 5-ci yerdir.

“Rimini”nin forması altında vaxtilə Samir Handanoviç, Alessandro Matri, Serco Flokkari, Matteo Briqi kimi tanınmış futbolçular oynayıb. Klubda çalışmış ən məşhur məşqçilərdən biri isə Arrigo Sakkidir.


Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR