Katalon klubunda kritik itki: Flikin narahatlığı nədir?

Bölmə adı İspaniya
Yayımlandı 29-11-2025, 14:18

“Barselona”nın baş məşqçisi Hansi Flik komandanın müdafiəçisi Ronald Arauxonun növbəti oyunda iştirak etməyəcəyini açıqlayıb.

Sport1.az AS nəşrinə istinadən xəbər verir ki, uruqvaylı futbolçu bağırsaq infeksiyası səbəbindən La Liqanın 14-cü turunda “Alaves”lə görüşü buraxacaq. Onun ən azı iki gün məşq prosesindən uzaq qalacağı bildirilib.

Məlumata görə, Arauxo Çempionlar Liqasında “Çelsi” ilə oyunda (0:3) aldığı qırmızı vərəqəyə görə psixoloji olaraq da çətin dönəm yaşayır.

Qeyd edək ki, “Barselona” – “Alaves” qarşılaşması noyabrın 29-da “Kamp Nou”da keçiriləcək və Bakı vaxtı ilə 19:15-də başlayacaq.

Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR