“Barselona” məni transfer etmək istəyirdi, amma klub Messinin təsdiqini gözləyirdi”

Bölmə adı İspaniya
Yayımlandı 29-11-2025, 13:14


“Barselona”nın sabiq yarımmüdafiəçisi Kevin-Prins Boatenq Lionel Messinin klubdakı nüfuzundan danışıb.

Sport1.az AS nəşrinə istinadən xəbər verir ki, 37 yaşlı sabiq futbolçu “Unscripted” YouTube kanalına müsahibəsində katalonlara keçidinin Messidən asılı olduğunu bildirib:

“Barselona” ilə müqavilə imzalaya bilərdim, amma əgər Messi “yox” desəydi, transfer baş tutmayacaqdı. İdman direktoru məni gətirmək istəyirdi, baş məşqçi də bunu arzulayırdı. Mən də dedim: “Yaxşı, gəlin müqavilə imzalayaq”. Amma mənə bildirdilər ki, əvvəlcə Messidən soruşulmalıdır. Onun belə bir gücü vardı. Yatmağa gedəndə belə yalnız bir şeyi düşünürdüm, Messi razılıq verəcəkmi? Əgər o “yox” desəydi, mən heç vaxt “Barselona”ya keçməzdim”.

Qeyd edək ki, qanalı futbolçu 2019-cu ilin qışında “Sassuolo”dan icarə əsasında “Barselona”ya keçmiş, həmin ilin yayında isə Kataloniya klubunu tərk etmişdi.


Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR