
“Real Madrid”in yarımmüdafiəçisi Eduardo Kamavinqa komandanın daxili durumunda gərginlik olduğuna dair iddialara münasibət bildirib.
Sport1.az xəbər verir ki, fransalı futbolçu mətbuatda yayılan məlumatların həqiqəti əks etdirmədiyini deyib və komandanın hazırkı vəziyyətini belə qiymətləndirib:
“Bu deyilənlər medianın məhsuludur. Hazırda komandamız indiyə qədər olmadığı qədər birləşib. Qələbələr üçün, həm də baş məşqçimiz üçün əlimizdən gələni edəcəyik”.