
“Karvan-Yevlax”da daxili gərginlik davam edir.
Sport1.az xəbər verir ki, komandanın məşqçisi Azər Həşimov artıq düşərgəni tərk edərək doğma Mingəçevirə yollanıb. O, hələ rəsmi şəkildə klubla yollarını ayırmayıb və səkkiz aylıq təzminatının ödənilməsini gözləyir. Məlumata görə, Həşimov müqaviləyə əsasən ona çatan vəsaiti tam şəkildə almaq niyyətindədir.
Hazırda mütəxəssis klub rəhbərliyinin rəsmi mövqeyini gözləsə də, idarəçilikdən ona hər hansı məlumat verilmir.
ZƏFƏR HACILI