AFFA iki matçın taleyini masada həll etdi

Bölmə adı Azərbaycan
Yayımlandı 27-11-2025, 14:53

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Sport1.az xəbər verir ki, iclasda iki komandaya texniki məğlubiyyət verilib.

Belə ki, Gənclər Liqasında keçirilən “Şamaxı” FK – “Qarabağ” FK oyununda “Şamaxı” əvəzetmə limitini pozduğu üçün (əsas heyətdə 5 nəfər 2007-ci il təvəllüdlü futbolçu olmalıdır) bu komandaya texniki məğlubiyyət verilib. Hesab olduğu kimi saxlanılıb.

U-13 Liqasında keçirilməli olan “Sumqayıt City” – “Məhəllə uşaqları” oyunu “Sumqayıt City” təyin edilən vaxtda meydanda olmadığına görə baş tutmadığı üçün “Sumqayıt City” komandaya 0:3 hesablı texniki məğlubiyyət verilib.

Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR