Mbappe rekordunu yeniləyib

Bölmə adı İspaniya
Yayımlandı 27-11-2025, 11:09

"Real Madrid" futbol komandasının hücumçusu Kilian Mbappe Çempionlar Liqası tarixində digər oyunçulardan daha çox səfər oyunlarında het-trik edib.

Sport1.az xəbər verir ki, fransalı hücumçu Çempionlar Liqasının V turunda "Olimpiakos" üzərində 4:3 hesablı qələbə qazanılan oyunda dörd qol vurub.

Mbappe hazırkı turnirdə doqquz qol vuraraq özünün Çempionlar Liqasındakı qol rekordunu yeniləyib. Onun Çempionlar Liqasındakı əvvəlki ən yüksək qol sayı səkkiz olub: bu, 2020/21 mövsümündə və PSJ-də oynadığı 2023/24 mövsümündə baş verib.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR