"Real" sabiq futbolçusunu geri qaytarır

Bölmə adı İspaniya
Yayımlandı 27-11-2025, 10:41

“Real Madrid” sabiq futbolçusu Niko Pazı yayda yenidən heyətinə qatmaq istəyir.

Sport1.az xəbər verir ki, “Komо” A Seriyasında turnir cədvəlinin yuxarı pillələri uğrunda mübarizəni davam etdirmək üçün onu mövsümün sonunadək saxlamaq istəyir.

20 yaşlı oyunçu da yaya qədər komandada qalmaq istəyir.

“Real” yaxın həftələrdə argentinalı futbolçunun 2026-cı ilin yayında geri dönməsi üçün “Komо” ilə danışıqlara gedəcək.

Futbolçu bu mövsüm A Seriyasında keçirdiyi 12 matçda 5 qol vurub və 4 məhsuldar ötürmə verib.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR