
“Barselona”nın hücumçusu Robert Levandovski “Fənərbağça”nın təklifini rədd edib.
Sport1.az xəbər verir ki, məlumatı tanınmış insayder Ekrem Konur yayıb. Əvvəllər İstanbul klubunun 37 yaşlı polşalı forvardın transferi ilə bağlı danışıqlara başladığı bildirilirdi. Lakin mənbənin iddiasına görə, Levandovski yanvarda “Fənərbağça”ya keçməyə razılıq verməyib.
Təcrübəli hücumçu mövsümü “Barselona”da başa vurmaq niyyətindədir.
Qeyd edək ki, Levandovski bu mövsüm Kataloniya təmsilçisinin heyətində bütün turnirlərdə 14 oyuna çıxıb və 8 qol vurub. Onun klubla müqaviləsi gələn yay başa çatır.