Klubdan Medinanın zədəsi ilə bağlı – AÇIQLAMA

Bölmə adı Azərbaycan / Çempionlar Liqası
Yayımlandı 26-11-2025, 18:17

“Qarabağ”ın müdafiəçisi Kevin Medinanın durumuna aydınlıq gəlib.

Sport1.az xəbər verir ki, klubun mətbuat xidmətinin rəhbəri Anar Hacıyev futbolçunun son müayinələrinin nəticəsini açıqlayıb. Onun sözlərinə görə, yoxlamalar Medinanın vəziyyətinin normal olduğunu göstərib.

Komanda sabah istirahət edəcək və müdafiəçinin birigündən məşqlərə qoşulacağı gözlənilir.

Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR