UEFA Bakıda kurs keçirib

Bölmə adı Azərbaycan
Yayımlandı 26-11-2025, 09:12

AFFA-nın təşkilatçılığı ilə Milli Komandaların Təlim-Məşq Mərkəzində qapıçılar üzrə məşqçilər üçün UEFA-nın A kateqoriyalı məşqçi kursunun 3-cü mərhələsi keçirilir.

Sport1.az xəbər verir ki, noyabrın 26-dək davam edəcək məşğələlərə təlimatçı Faiq Əzizov, UEFA-nın qapıçılar üzrə təlimatçısı Mart Poom, həmçinin fitness üzrə mütəxəssisi Patrik Foletti rəhbərlik edirlər.

Onlara yerli təlimatçilar Üzeyir İbrahimov və Vitaliy Kovalyov kömək edirlər.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR