AFFA-dan cərimə yağışı: İki klub toplam 8200 manat cərimələndi

Bölmə adı Premyer Liqa
Yayımlandı 25-11-2025, 14:46

Misli Premyer Liqası təmsilçilərindən "Araz-Naxçıvan" 2500, "Turan Tovuz" isə 5700 manat cərimələnib.

Sport1.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar qəbul edib.

XII turun "Araz-Naxçıvan" – "Turan Tovuz" oyunu bitdikdən sonra meydana kənar şəxs daxil olduğuna görə Naxçıvan təmsilçisi 2500 manat cərimələnib. "Turan Tovuz" isə azarkeşləri tərəfindən hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə görə 5000 manat ziyana düşüb.

Bundan əlavə, Tovuz klubu oyunda 4 futbolçusu sarı vərəqə aldığı üçün 700 manat cərimələnib.

Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR