AFFA İcraiyyə Komitəsi bu tarixdə toplaşacaq: Milli ilə bağlı qərarlar qəbul olunacaq

Bölmə adı Azərbaycan / Milli / Manşet
Yayımlandı 25-11-2025, 00:29

AFFA İcraiyyə Komitəsinin növbəti iclasının vaxtı bəlli olub.

Sport1.az-a daxil olan məlumata görə, qurum sabah toplanacaq. Görüşdə milli komandanın baş məşqçisi Ayxan Abbasovun gələcəyi ilə bağlı qərar veriləcəyi gözlənilir.

Bununla yanaşı, AFFA aşağı yaş qrupları üzrə çalışan məşqçilərlə bağlı da bir sıra dəyişikliklər edə bilər.

Eyni zamanda, AFFA-nın İnkişaf Strategiyası planının icrası ilə bağlı müzakirələr aparılacağı və müəyyən qərarların qəbul edilə biləcəyi bildirilir.

Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR