
“Qarabağ”ın yarımmüdafiəçisi Marko Yankoviç ailəsi ilə bağlı sevindirici xəbəri bölüşüb.
Sport1.az xəbər verir ki, monteneqrolu futbolçu sosial şəbəkə hesabında ikinci dəfə ata olduğunu açıqlayıb. Yeni doğulan körpəyə Maksim adı verilib.
30 yaşlı yarımmüdafiəçinin Niksa adlı daha bir oğlu da var.
Qeyd edək ki, Marko Yankoviç 2022-ci ilin yayından “Qarabağ”ın formasını geyinir.