
“Bavariya”nın fəxri-prezidenti Uli Höness baş məşqçi Vensan Kompanini maraqlı bənzətmə ilə tərifləyib.
Sport1.az xəbər verir ki, klub funksionerləri OMR Podcast-a açıqlamasında Kompaninin komandasını həm qoruyan, həm də inkişaf etdirən bir lider olduğunu deyib:
“Hazırda elə bir məşqçimiz var ki, sanki toyuğun balalarını qanadının altına alıb qoruması kimi, futbolçularını hər cür müdafiə edir. Üstəlik, məşqlərdə onları daha da yaxşılaşdırır”.
Kompaninin rəhbərliyi altında “Bavariya” ötən mövsüm Bundesliqanın qalibi olub və cari mövsümün əvvəlində Superkuboku qazanıb. Belçikalı mütəxəssisin klubla müqaviləsi 2029-cu ilə qədərdir.
Qeyd edək ki, Münhen təmsilçisi Bundesliqada 11 oyundan sonra 31 xalla lider mövqedədir.