AFFA rəsmisi “Qalatasaray”ın oyununda

Bölmə adı Azərbaycan / Çempionlar Liqası
Yayımlandı 24-11-2025, 14:11

AFFA-nın baş katibinin müavini Elçin Məmmədov UEFA-dan daha bir vacib təyinat alıb.

Sport1.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb. O, UEFA Çempionlar Liqasının liqa mərhələsinin V turunda keçiriləcək “Qalatasaray” (Türkiyə) – “Union” (Belçika) qarşılaşmasında UEFA Matç direktoru (UEFA Venue Director) funksiyasını yerinə yetirəcək.

Qeyd edək ki, matç noyabrın 25-də İstanbulun “Ali Sami Yen” stadionunda oynanılacaq.

Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR