
“İnter”in və Belçika yığmasının sabiq müdafiəçisi Zinyo Vangeusden cəmi 26 yaşında futbolçu karyerasını başa vurub.
Sport1.az xəbər verir ki, mərkəz müdafiəçisi ard-arda yaşadığı ağır zədələr səbəbindən peşəkar futboldan uzaqlaşmaq məcburiyyətində qalıb. “İnter”in ən perspektivli gənc oyunçularından biri hesab olunsa da, əsas komandada debüt edə bilməyən Vangeusden “Standard”, “Cenoa” və “AZ Alkmaar” kimi klublarda icarə əsasında çıxış etmişdi.
Yayın əvvəlində o, İspaniya üçüncü liqasının “Marbelya” klubuna qoşulmuşdu. Lakin mövsümün startında aldığı üçüncü ön xaçvarı bağın qopması karyerasını bitirən zədə oldu. Müdafiəçi bu komandanın heyətində cəmi yeddi matç keçir bilib.
Qeyd edək ki, futbolçu dünya çempionu braziliyalı Zinyonun şərəfinə adlandırılıb və Belçika millisində bir oyun keçirib.