
“Barselona”nın baş məşqçisi Hansi Flik son 10 ilin ən yaxşı hücumçusu barədə fikrini bildirib.
Sport1.az xəbər verir ki, alman mütəxəssis “X” sosial şəbəkəsində paylaşılan açıqlamasında Robert Levandovskinin dünya futbolunda son onilliyin ən güclü forvardı olduğunu bildirib.
Flik 2024-cü ilin mayından Kataloniya klubuna rəhbərlik edir. O, Levandovski ilə daha əvvəl “Bavariya”da birlikdə çalışıb və həmin dövrdə böyük uğurlar əldə ediblər.
Qeyd edək ki, polşalı hücumçu 2022-ci ildə “Bavariya”dan “Barselona”ya keçdikdən sonra kataloniyalıların heyətində 136 matçda 133 qol vurub və 26 məhsuldar ötürmə edib.